2015-ci ilin yanvar-mart aylarında Zərdab rayоnunun sоsial-iqtisadi göstəriciləri
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi nəticəsində ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin edilmiş, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yüksəldilmiş, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və yeni iş yerlərinin açılmasına zəmin yaratmışdır.
Ölkənin iqtisadi və sosial həyatında son illər müşahidə olunan sürətli inkişaf 2015-ci ildə də davam etmiş, istehsal və xidmət sahələrində qazanılmış uğurlar yüksək artım sürətini təmin etmişdir. Əldə olunan uğurları əyani nümayiş etdirən makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə öncüllər sırasında olduğunu göstərir.
2015-ci ilin yanvar-mart ayları ərzində Zərdab rayonunun sosial-iqtisadi vəziyyəti daha da yaxşılaşmış, iqtisadiyyatın bütün sahələrində özəl sahibkarlığın inkişafına geniş imkanlar yaradılmış, abadliq, quruculuq və tikinti-quraşdırma işləri geniş vüsət almişdir. Yeni iş yerlərinin yaradılması sayəsində məşğulluğun inkişaf etdirilməsi üçün əlverişli şərait yaranmış, kənd təsərrüfatı sahəsində bütün işlər sürətləndirilərək məhsul istehsalı və tədarükündə irəliləyişlər əldə edilmişdir.
Makroiqtisadi göstəricilər
2015-ci ilin yanvar-mart ayları ərzində Zərdab rayonunda iqtisadiyyatın əsas sahələrində 14446.8 min manatlıq məhsul və xidmətlər istehsal edilmişdir.
Hesabat dövründə istehsal olunmuş məhsul və xidmətlərin 7381.1 min manatı və ya 51.1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinin, 5281.6 min manatı və ya 36.6 faizi ticarət xidmətləri sahəsinin, 973.4 min manatı və ya 6.7 faizi tikinti və quraşdırma işlərinin, 437.2 min manatı və ya 3.0 faizi sənayenin, 279.4 min manatı və ya 1,9 faizi nəqliyyat və anbar təsərrüfatının, 94.1 min manatı və ya 0.7 faizi informasiya və rabitə xidmətlərinin payına düşmüşdür.
Sənaye
Sənaye müəssisələri tərəfindən hesabat dövründə 437,2 min manatlıq sənaye məhsulu istehsal olmuşdur. Malların istehsalı və xidmətlərin göstərilməsi elektrik enerjisinin bölüşdürülməsi və satışı sahəsində 40,7 faiz, qazın bölüşdürülməsi və satışı 42,7 faiz, suyun yığılması və paylanması 6,1 faiz, tullantıların yığılması və məhv edilməsi sahəsində görülən işin həcmi 0,5 faiz, fiziki şəxslər də isə bu göstərici 10,0 faiz təşkil etmişdir.
Tikinti
2015-ci ilin yanvar-mart aylarında Zərdab rayonu üzrə əsas kapitala 984.4 min manat investisiya yönəldilmişdir. Investisiyanın 973,4 min manatı və ya 98.9 faizi tikinti quraşdirma işlərinin payına düşür. Tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyanın 764,4 min manatı dövlət mülkiyyəti, 209,0 min manatı qeyri dövlət mülkiyyətini əhatə etmişdir. Hesabat dövründə rayon üzrə 2882,0 min manatlıq əsas fondlar istifadəyə verilmişdir.
2015-ci ilin yanvar-mart aylarında tikinti müəssisələrinin öz gücləri ilə yerinə yetirdikləri xidmətlərin dəyəri rayon üzrə 408,5 min manat olmuşdur. Xidmətlərin 55,3 faizi dövlət, 44,7 faizi qeyri dövlət müəssisələri tərəfindən yerinə yetirilmişdir. Tikinti işlərinin 321,1 min manatını ( 78,6 faizini) cari təmir, 87,4 min manatını (21,4 faizini ) sair tikinti işlər təşkil etmişdir.
Bitkiçilik
01 aprel 2014-cü il tarixə Zərdab rayonu üzrə 2090 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Əkilmiş sahələrin 1939 hektarını keçən ilin payızlıq əkinini də daxil etməklə cari ilin kölgəliksiz çoxillik otlar əkini (yonca), 78 hektarını kartof, 71 hektarını tərəvəz, 5 hektarını bostan bitkiləri təşkil edir.
Bundan əlavə rayon ərazisində 2015-ci ilin məhsulu üçün rayon üzrə 16730 hektar taxil əkilmişdir ki bu sahələrin 6365 hektarını arpa, 10365 hektarını isə bügda sahələri təşkil edir. Rayonda yazlıq bitkilərin əkini sürətlə davam etdirilir
Heyvandarlıq
01 aprel 2015-ci il tarixə rayonda iri buynuzlu mal-qaranın sayı 54249 başa, xırda buynuzlu mal-qaranın sayı 112685 başa çatdırılmışdır. Hesabat dövründə 10758 sentner ət, 64203 sentner süd, 2021 min ədəd yumurta istehsal olunmuşdur. Ötən ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 160 baş, xırda buynuzlu mal qaranın sayı 1419 baş, ət istehsalı 8 sentner, süd istehsalı 11 sentner, yumurta istehsalı 1 min ədəd artmışdır.
Nəqliyyat
2015-ci ilin yanvar-mart aylarında Zərdab rayonunda avtomobil nəqliyyatı ilə yük daşınmalarının həcmi 122 min ton, keçən ilin müvafiq dövründə 118 min ton və ya 4 min ton çox olmuşdur. Hesabat dövründə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının həcmi 872 min nəfər, keçən ilin eyni dövri ilə müqayisədə bu göstərici 5,3% çox olmuşdur.
Rabitə
2015-ci ilin birinci rübündə rabitə müəssisələrinin iqtisadi fəaliyyət növləri üzrə ümumi iqtisadi göstəriciləri 94,1 min manat, əhaliyə göstərilən xidmətlərin həcmi 88.9 min manat olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi göstəricilər 8,7 faiz, əhaliyə göstərilən xidmətlər isə 9,0 faiz artmışdır.
Xidmət
2015-ci ilin yanvar-mart aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2882,0 min manat olmuşdur. Xidmətin 0.4 faizi hüquqi şəxslər, 99,6 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. Hesabat dövründə məişət xidməti 418 min manat, keçən ilin müvafiq dövründə isə 411,0 min manat və ya 1.7 faiz çox olmuşdur.
Ticarət
2015-ci ilin yanvar-mart ayları ərzində rayon ərazisində fəaliyyət göstərən ticarət şəbəkələri tərəfindən pərakəndə ticarətdə 14810.5 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.7 % çox istehlak malları satılmışdır. Topdansatış ticarət müəssisələrində hesabat dövründə 555.5 min manatlıq istehlak malları satılmışdır. Hər adam başına düşən bir günlük əmtəə dövrüyyəsi 2.91 manat olmuşdur. Əmtəə dövriyyəsinin quruluşunda ərzaq məhsulları daha çox yer tutur. Əmtəə dövriyyəsinin quruluşunda daha böyük xüsusi çəkiyə malik olan ərzaq mallarından un, çörək və çörək-bulka məmulatlarını, qənd və şəkər tozunu, süd və süd məhsullarını, ət məhsullarını, tərəvəz məhsullarını və meyvəni göstərmək olar. Qeyri-ərzaq mallarından daha çox xüsusi çəkiyə malik benzin, dizel, tikinti materialları, siqaret, uşaq paltarları, üst geyimləri və ayaqqabı təşkil edir.
Demoqrafik vəziyyət
01 aprel 2015-ci il vəziyyətinə rayonun əhalisinin sayı ilkin hesablamalara görə 56567 nəfər olmuşdur. Əhalinin 11812 nəfəri şəhər, 916 nəfəri qəsəbə, 43839 nəfəri kənd ərazisində yaşayır. Rayon əhalisinin 49.9 faizini kişilər, 50.1 faizini qadınlar təşkil edir.
2015-ci ilin yanvar-mart ayları ərzində Zərdab rayon ərazisinə gələnlərin sayı 31 nəfər, gedənlərin sayı isə 26 nəfər olmaqla mexaniki artım 5 nəfər, 182 doğum, 89 ölum qeydə alınmaqla təbii artım 93 nəfər, ümumi artım 98 nəfər olmuşdur. Bundan başqa hesabat dövründə 105 nigah, 7 boşanma qeydə alınmışdır. Dövr ərzində 4 nəfər 1 yaşa qədər ölüm halı qeydə alınmışdır.
Əmək bazarı
2015-ci ilin yanvar-mart ayları ərzində iqtisadiyyatda muzdla işləyənlərin orta sayı 5682 nəfər, onlara hesablanmış əmək haqqı fondu 3782076.0 manat olmuşdur. Muzdla işləyənlərin orta aylıq əmək haqqı 221,9 manat təşkil etmişdir.
Ən yüksək orta aylıq əmək haqqı maliyyə və sığorta fəaliyyəti, elektrik enerjisi qaz və suyun bölüşdürülməsi, dövlət idarəetməsi sahəsində qeydə alınmışdır.
Zərdab Rayon Statistika İdarəsi