YAP Zərdab rayon təşkilatı Zərifə xanım Əliyevanı andı

1
62

Zərdab rayonuYeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirdi. Tədbir iştirakçıları əvvəlcə görkəmli oftalmoloqun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova bildirdi ki, Zərifə xanım Əliyeva XX əsrin böyük ziyalılarından biri olan Əziz Əliyevin ailəsində dünyaya gəlmişdi. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Moskva şəhərində oftalmologiya üzrə Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini davam etdirmişdi. O, doğma institut daxilində müalicə və profilatik tədbirlərin təşkilində fəal iştirak etməklə bərabər, respublikanın traxoma xəstəliklərinin ən çox yayıldığı rayonlarında göz xəstəliklərinin müayinə və müalicəsinə dair məruzələrlə çıxış edirdi. İşinə bütün varlığı ilə bağlı olan Zərifə xanım doğulub böyüdüyü ailəyə xas olan xüsusiyyətləri özündə cəmləşdirmişdi. Bu ailənin üzvləri kübar, ziyalı, işgüzar, təvazökar, vətənpərvər insanlar idi.

Həmin xüsusiyyətlərin hamısı Zərifə xanımın təbiətində əks olunmuşdu. Ətrafdakılar onu həm gözəl bir həkim, həm də yaxşı insan kimi sevir, hörmət edirdilər.

Özü boyda zəriflik, özü boyda nəciblik nümunəsi idi Zərifə xanım. Həssas, mehriban təbiəti, ağıllı, müdrik məsləhətləri, həyatsevərliyi ilə böyüyün də, kiçiyin də hörmətini qazanmışdı. Əsl ziyalı kimi cəmiyyətin həyatında fəallıq göstərsə də, öz ailəsinin şamı, pərvanəsi idi. Həyatının mənası varlığından fəxr, qürur duyduğu Ailəsi idi. Çünki özü Tanrının seçdiyi insanlardan olduğu üçün ona seçilmiş tale də bəxş edilmişdi. Bu hər qadına nəsib olmayan ayrıca bir qismət idi.

Tədbirdə YAP Zərdab rayon təşkilatı, Qadınlar Şurasının sədri, Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xəyalə Veyisova məruzə ilə çıxış edərək görkəmli alim, gözəl insan, qayğıkeş ana, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi töhfələrdən danışdı. X.Veyisova bildirdi ki, Zərifə xanım Əliyeva Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb.O, Heydər Əliyevə mənəvi dayaq, arxa olmuşdur. Bu işin özü çətin və məsuliyyətli idi. Zərifə xanım bu işin cavabdehliyini boynuna götürərək həm ailəsində, həm də işində nümunə göstərdi. Övladları gözəl ziyalı xanım Sevil Əliyeva və Azərbaycanın bugününün və sabahının qarantını, möhtərəm Prezidentimiz İlham Əliyev Zərifə xanımın ocağından güc alıb. Bu medrik, ziyalı insanın keçdiyi şərəfli həyat yolu hər bir azərbaycanlı qadın üçün məktəbdir, tükənməz xəzinədir.

Zərifə xanım Əliyevanın timsalında ilk öncə ideal qadın və əsl Azərbaycan xanımı obrazı canlanır. Zərifə Əliyevanın bu obrazı, siması, keçdiyi həyat yolu bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunədir. Buna görə də, Onun şəxsiyyəti, həyatı, keçdiyi yol daha geniş təbliğ olunmalıdır ki, bugünkü xanımlarımız nümunə götürsünlər. Həqiqətən də, Zərifə xanım davranışı, həyat tərzi, insanlarla rəftarı, övladlarına verdiyi tərbiyə, həkim kimi xəstələrə münasibəti baxımından insanlığın parlaq siması kimi dəyərləndirilməlidir.

Tədbirdə YAP Zərdab rayon təşkilatı Qadınlar Şurasının üzvləri, Rayon Uşaq və Ailələrə dəstək mərkəzinin direktoru Könül Həsənova və şəhər 1 saylı məktəb liseyinin “Əməkdar” müəllimi Sara Sultanova, Mərkəzi Rayon Xəstəxanasının göz həkimi Esmira Tağıyeva, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçisi Aysel Adilqızı, Mərkəzi Rayon Xəstəxanasının şöbə müdiri Xavər Teymurova çıxış edərək akademik Zərifə xanım Əliyevanın zəngin ömür yolundan, tibb elminə verdiyi dəyərli töhfələrdən bəhs etdilər.

Tədbirin sonunda Zərifə xanımın zəngin həyat və fəaliyyətinin müəyyən anlarını əks etdirən videoçarx nümayiş etdirildi.

YAP Zərdab rayon təşkilatıZərdab rayonuZərdab rayonuZərdab rayonu

1 comment

Comments are closed.