Qardaşı Nurlan İsrafilov üçün donorluq edəcək – HƏKİM RƏYİ

1
52

Nurlan İsrafilovZərdab rayonunun Məlikli kənd sakini, qaraciyər serrozundan əziyyət çəkən İsrəfilov Nurlan İsabala oğlunun donor problemi artıq həllini tapıb. Belə ki, onun qardaşı Bakıda Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında donorluq üçün analiz vermişdi. Bu gün analizin cavabları açıqlanıb və bəlli olub ki, qardaşı Nurlan üçün donor ola bilər. Bu barədə Zerdab.com saytına Nurlanın anası Qalina İsrəfilova məlumat verib. Onun sözlərinə görə, qardaşının Nurlana donorluq etməsi üçün artıq heç bir problem yoxdur. Qalır maliyyə məsələsi. Qeyd edək ki, bir neçə gün öncə Nurlanın anası Zerdab.com saytı vasitəsi ilə Zərdab rayonundan millət vəkili Jalə Əliyevaya müraciət edərək kömək istəmişdi. Jalə Əliyeva isə Zerdab.com-a açıqlamasında qeyd etmişdi ki, sözügedən problemlə əlaqədar Nurlanın ailəsi qəbulda olub: “Onlara bildirildi ki, qaraciyər dəyişdirilməsi ağır bir əməliyyat olduğu üçün donor tapılmalı, analizlər götürülməli və ilk növbədə bu məsələ həll olunmalıdır. Məhz həmin prosedurdan sonra Nurlanın əməliyyatına köməklik göstərilməsinə dəstək məqsədi ilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacaq”.

Son məlumatlara görə, Jalə Əliyeva artıq bu məsələ ilə əlaqədar aidiyyatı qurumlara müraciət edib, cavab gözlənilir.

Nurlanın atası İsabala kişi ilə bir başa əlaqə saxlamaq istəyənlər üçün telefon nömrəsi – 051 416 01 65.

Nurlana dəstək üçün açılmış bank hesabı:

Hesab nömrəsi: AZ43 AİİB 38010019444603594146

Kod 200468

VÖEN 9900003611

Muxbir hesab AZ37NABZ 01350100000000001944

Ünvan: Az 6300 Zərdab şəhəri, H. Əliyev prospekti – 17

Tel: +994 0202966298, +994 0202966069

1 comment

Comments are closed.