O, 76 il bundan əvvəl Şahhüseyinli kəndində dünyaya göz açıb. Əlvənd kənd orta məktəbini bitirəndən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə – profilaktika fakültəsinə daxil olub. İnstitutu müvəffəqiyyətlə bitirərək ilk 10 ildə Çallı kəndində həkim işləyib. 1974-cü ildən isə Zərdab rayon Mərkəzi Xəstəxanasında fəaliyyətə başlayıb, 1984-cü ildən 2011-ci ilin sentyabr ayına kimi terapiya şöbəsinin müdiri olub.
Haqqında söhbət açmaq istədiyim Məhəmmədrəsul İsmiyev 47 illik həkimlik fəaliyyətində minlərlə xəstəya şəfa verib. İnsanlara, onları narahat edən xəstəliklərə həssaslıqla yanaşıb. Xəstəlikləri daha bacarıqla müalicə etmək üçün öz üzərində daim işləyib, insanlardan öz bilik və bacarığını əsirgəməyib. Qəbuluna gələnləri diqqətlə dinləmək, onları sağlam həyat tərzinə dəvət etmək həkimin əsas məqsədi olub.
Məhəmmədrəsul həkimin bu keyfiyyətləri həmişə nəzərə alınıb. Həkim işlədiyi müddətdə 5 dəfə Fəxri fərmanla, “SSRİ-nin səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub. Bundan başqa 1987-ci ildə Azərbaycan səhiyyə işçiləri həmkarlar ittifaqı Zərdab mərkəzi rayon xəstəxanası üzrə heyət üzvü seçilib.
Məhəmmədrəsul İsmiyev həm də Azərbaycan Respublikasının sahə həkimlərinin I qurultayının nümayəndəsi olub. Həkim haqqında “Qədim Göyçə”, “Ömür yolu”, “Əkinçi” və digər qəzetlərdə məqalələri dərc olunub.
Xəstələri onu çox seviblər. Daim məsləhətlərinə qulaq asmağa çalışıblar. Məhəmmədrəsul İsmiyev onlara təkcə xəstəsi kimi deyil, həm də öz doğması kimi münasibət bəsləyib. Onların qayğıları ilə həmişə maraqlanıb.
Bir müddət əvvəl sevimli həkim yaşla bağlı pensiyaya çıxıb. Lakin bu gün də o el arasında, xalqın xidmətindədir…
“Əkinçi”
qarsidan gelen dunya azerbaycanin hemreylik gunu ve yeni il munasibeti ilie sizi ve aile uzvlerini tebrik edirem mehemmedresul hekim size uzun omur can sagligi arzu edirem
Comments are closed.