Zərdab Rayon Mərkəzi Kitabxanası “Gəlin gələcəyimizi qoruyaq, narkomaniyaya yox deyək!” adlı dəyirmi masa keçirmişdir. Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatı, Zərdab Rayon Gənclər və İdman İdarəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, Qızıl Aypara Cəmiyyəti, Mədəniyyət və Turizm Şöbəsi , Mərkəzi Xəstəxana, MKS-nin şəhər filiallarının əməkdaşlarının, 3 saylı məktəbin şagirdlərinin iştirakı ilə təşkil olunmuş tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Nailə Əliyeva gələn qonaqları salamladı və insan sağlamlığına mənfi təsir edən narkomaniyanın cəmiyətdə yaratdığı fəsadlardan danışdı. Oxu zalının müdiri Leyla İskəndərli “Gəlin gələcəyimizi qoruyaq, narkomaniyaya yox deyək!”, İnformasiya Resurs Şöbəsinin müdiri Rəqibə Qasımova “Narkomaniyanın cəmiyyətdə törətdiyi fəsadlar”, “Kitabxana- biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Gülnaz Məmmədova “Narkomaniya bəşəriyyətin bəlasıdır!”, Uşaq Şöbəsinin Kitabxanaçısı Aysel Adilqızı “Sağlam cəmiyyətin məhvi – narkomaniya!” adlı məruzələrlə çıxış edərək narkomaniyanın yaranma tarixindən, bu bəladan qurtarmaq üçün görülən tədbirlər haqqında məlumat verdilər. Qonaqlardan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Ləman Səfərəliyeva, 36 saylı xəstəxana filialının müdiri Xanım Abışova narkomaniyanı pisləyərək, sağlam gələcəyimiz üçün həmrəy olmağımızın vacibliyini vurğuladılar. Uşaq Şöbəsinin müdiri İlahə Əsədova tədbir iştirakçılarını “Gəlin gələcəyimizi qoruyaq!” adlı sərgi ilə tanış etdi. Sonda iştirakçılara Zərdab Rayon Gənclər və İdman İdarəsinin və Uşaq və Ailələrə Dəstək Mərkəzinin tərtib etdiyi narkomaniyanın cəmiyyətimiz üçün zərərli bir vərdiş olduğunu özündə əks etdirən bukletlər, marifləndirici vəsaitlər paylanıldı.
Zərdab Rayon Mərkəzi Kitabxanası
Hörmətli gənclərimiz.Vaxtınızı daha səmərəli keçirmək istəyirsinizsə kitabxanaya gəlin,kitab oxuyun,tədbirlərimizdə yaxından iştirak edin.Bu,sizin maariflənmənizdə böyük rol oynayacaqdır.
Comments are closed.