Kitabların kiçik olduğuna baxma, orada dünya var

0
43

kitabxanaBilirəm ki, qarışqa karvanına baxmağı çox sevirsən. Görürsənmi qarışqalar dayanmadan necə işləyirlər. Yorulmurlar elə bil. Necə zəhmətkeş, necə səliqəlidirlər! Bir xətt boyunca gedib-gəlir, kənara çıxmırlar. Hər qarışqa da özündən nə qədər ağır yük daşıyır. Sən onların bapbalaca boyları ilə bu qədər iş görmələrinə təəccüblənmə.

Bilirsənmi, dostum, həyatda kiçik kimi görünən çox böyük şeylər var. Elə işlər var ki, sənə çox adi, çox kiçik görünür, amma adi işlə neçə könüllər şad olur. Məsələn, rast gəldiyin adamın üzünə təbəssümlə baxırsan. O da həmin anda yaşadığı ağrı-acını unudur, qəlbinə xoş duyğular dolur, özünü bir an əvvəlkindən daha yaxşı hiss edir.

Ya çoxdan görmədiyin bir dostuna rast gələndə ona səmimi salam verirsən, hal-əhval tutursan, həmin dostun da sənin bu diqqətindən duyğulanır, onu düşünməyindən xoşhal olur.

Ümumiyyətlə, salam vermək çox gözəl adətdir. Salam qarşı tərəfə xeyir-dua diləməkdir. Ürəkdən verilən bir salam bir gün boyunca insanın xoş əhvali-ruhiyyə içində yaşamasına səbəb ola bilər.

Kitabların kiçik olduğuna baxma, orada dünya var.