“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Zərdab şəhər 3 saylı tam orta məktəbində “Vətənimizi sevək-tariximizi öyrənək!” adlı layihə çərçivəsində məktəbli gənclərə seminar keçirdi. Məktəbli gənclərə tariximizin ən parlaq səhifələrindən olan dövlətçilik salnamələri, xüsusilə müsəlman şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti tarixi haqqında biliklər çatdırıldı. Tədbirdə layihənin rəhbəri, “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov layihənin məqsədindən, Azərbaycan Xalq Cumhiriyyətinin və eləcədə tariximizin öyrənilməsinin əhəmiyyətindən danışdı və məktəbli gənclərə Azərbaycanın milli dövlət atributlarını uca tutmağı, vətəni sevməyi və xalqımızın dövlətçilik salnamələrini öyrənməyi tövsiyə etdi. Tədbirdə Zərdab şəhər 3 saylı məktəbin direktoru Rəna Əhmədova çıxış edərək layihənin məqsədindən, Azərbaycan Xalq Cumhiriyyətinin və eləcədə tariximizin öyrənilməsinin əhəmiyyətindən danışdı. Qeyd olundu ki, bu layihənin icra olunması gənclərin vətənpərvərlik hisslərinin inkişafına böyük təsiri olacaqdır. Xatırladaq ki, layihənin məqsədi gənclərə Azərbaycanın milli dövlət atributlarını uca tutmağı, vətəni sevməyi aşılamaq və xalqımızın dövlətçilik salnaməsini öyrətməkdən ibarətdir.
“Gəncliyə Dəstək” İctimai Birliyi