Həmyerlilərinə qarşı quldurluq edən zərdablılara ağır cəza – 19 il

0
43

məhkəməBakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilənən Zərdab rayon sakinləri 1984-cü il təvəllüdlü Nurəddin Məmmədov və Cahid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Zerdab.com-a verilən məlumata görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Nurəddin Məmmədov 10 il, Cahid Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs keçən il sentyabrın 1-də Yasamal rayon Polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar  Zərdab rayon sakini Vasif Hüseynovun yolunu kəsərək ona qarşı quldurluq ediblər. Təqsirləndirilən şəxslər barəsində aparılan ibtidai istintaq zamanı onların digər cinayət əməlləri də ortaya çıxıb.