Zərdab rayonunun Siləyli kəndində naməlum canlı öldürülüb. Bu barədə Zerdab.com saytına kənd sakini Kərəm Ağayev məlumat verib. Onun sözlərinə görə, hadisə bir müddət əvvəl baş verib. Belə ki, naməlum canlı kənddəki fərdi təsərrüfatların birində atı dişləyib və qısa müddət sonra at ölüb. Kərəm Ağyevin dediyinə görə, daha sonra kənd sakinləri həmin canlını tapıb və öldürüblər.
Qəribədir ki, kəndin hətta yaşlı sakinləri də belə bir canlını bu günədək görmədiklərini söyləyiblər.
Məlumat üçün bildirək ki, kənd sakini Kərəm Ağayev bizə bu barədə xəbər verəndə açığı, inanmadıq və öldürülmüş heyvanın şəkillərini də göndərməyini xahiş etdik. K. Ağayev fotoları Zerdab.com saytına göndərdi. Həmin canlının hansı heyvan olduğunu biz də müəyyən edə bilmədik.
Qeyd edək ki, Siləyli kəndi Zərdab rayon mərkəzindən 34 kilometr şimal-qərbdə, Qarasu çayının (Türyançayın) sahilində yerləşir.
Bu canli haqqinda melumatlar maraqlidi menede. Umud edirem bu canli haqda paylawim edeceksiz
Comments are closed.