Prezidentin sərəncamı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələrinin ləğvetmə prosesi davam etdirilir. Lent.az-ın məlumatına görə, artıq bir çox rayonlarda təhvil-təslim prosesi yekunlaşıb. Rayon torpaq şöbələrinin səlahiyyətləri müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitənin regional idarələrinə verilir.
Fevralda ləğv edilən komitənin dövlət torpaq kadastrı, yer quruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Prezident Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilib.
Qeyd edək ki, Nazirlər Kabineti DTXK-nin aqibətini müəyyənləşdirəcək Ləğvetmə Komissiyası yaradıb.