31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Quba Memorial Soyqırımı Kompleksi ziyarət edilir. Səhər saatlarından etibarən ölkənin müxtəlif rayonlarının və təşkilatlarının nümayəndələri kütləvi məzarlıqda olub. Martın 31-də Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının, “Region Gənclərinin İnkişafına Töfhə” İctimai Birliyinin və Zərdab Rayon Gənclər və Ìdman İdarəsinin nümayəndələri Quba Memorial Soyqırımı Kompleksi ziyarət ediblər. Bu barədə Zerdab.com-a Zərdab Rayon Gənclər və Ìdman İdarəsindən məlumat verilib.
Qeyd edək ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində meydana gələn Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir. Ermənilərin azərbaycanlılarla yanaşı, amansızcasına qətlə yetirdikləri arasında ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də var.