Zərdab Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverdi Səfərov tutduğu vəzifəsindən azad edilib. Bu barədə “Trend” İnformasiya Agentliyi məlumat yayıb. Agentlik bildirir ki, A. Səfərovun oğlu Ceyhun Səfərov bu il martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim etmə tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb.
“Trend” bildirir ki, Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilmişdi.
Martın 27-də C.Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.