Allahda qüsur olmaz!

0
42
dunyaAllah-Təalanın gözəl adlarından biri də Sübhandır. O adın mənası hər cür günahdan, eyibdən, qüsurdan, xətadan, əskiklikdən uzaq olan deməkdir. Sübhanallah demək Allah-Təalanın bu saydığımız hallardan çox-çox uzaq olduğunu, Onda bu cür halların olmadığını qəlb və dillə təsdiq etməkdir. Bu adın mənasını açıqlamaq üçün Allahın mərhəmətinə sığınaraq belə bir misal gətirək:
Əgər Allah-Təala ilə bəndə arasında münasibətlər pozulubsa, siz tam əmin ola bilərsiniz ki, xəta bəndədədir, Allah-Təala ən böyük Dostdur, Himayəçidir, Qayğıkeşdir, Yardım Edəndir, O öz bəndələrini çox sevir. Bəndələrinin əziyyətə düşməsini, sıxıntı içində qalmalarını heç istəməz.Ancaq bəndə özü öz başına bəlalar açırsa, daha günahı başqa yerdə axtarmaq doğru deyil.

Ağıl – Allah-Təalanın insana verdiyi misilsiz bir nemətdir. İnsanı digər yaradılmışlardan üstün hala gətirən əsas amil də elə onun ağlı və iradəsidir.

Ağıl – işlətmək üçündür, düşünmək üçündür, haqqı batildən ayırmaq, doğru yolu seçə bilmək üçündür. Əgər bəndə ağlını işlətməzsə, başına gələn hər cür müsibətə özü cavabdehdir.

Allah-Təala Qurani-Kərimdə buyurur ki, biz ağlını işlətməyənlərin başına göydən müsibəti yağmur kimi endirərik.

Həqiqi müsəlman – düşünən, doğru yolu seçən insan deməkdır.

Yazımızın sonunda onu da bildirək ki, dini terminologiyada işlənən “təsbih” ifadəsi “Sübhanallah” anlamına gəlir.