Zərdabda tibbi müayinə davam edir

0
36

Tibbi müayinəPrezident İlham Əliyevin tapşırığına əsasən ölkə vətəndaşlarının kütləvi tibbi müayinəsi ilə əlaqədar fevralın 2-dən başlayan kampaniya Zərdab rayonunda da müvəffəqiyyətlə aparılır.

Zerdab.com AZƏRTAC-a istinadən xəbər verir ki, rayonda sakinlərin kütləvi dispanserizasiyası üçün bütün lazımi şərait təmin olunub. Rayon mərkəzi xəstəxanası tərəfindən yaradılan xüsusi həkim briqadaları müayinəyə gəlmək imkanı olmayan yaşlı insanları yaşadıqları evlərdə müayinə edirlər.

Qeyd edək ki, indiyədək rayon əhalisinin 13285 nəfəri tibbi müayinədən keçirilib. Onlardan 601 nəfəri ambulator, 41 nəfəri stasionar müalicəyə cəlb olunub, 72 nəfər isə Bakı şəhərinin ixtisaslaşdırılmış klinikalarına göndərilib.

Rayonda əhalinin kütləvi tibbi müayinəsi davam edir. Sakinlər onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edirlər.