Millət vəkilimizdən ona ünvanlanmış müraciətlə bağlı açıqlama

0
50
Jalə Əliyeva
Jalə Əliyeva. Milli Məclisin deputatı,
Filiologiya elimləri doktoru, BDU-nun professoru.

Bir neçə gün öncə Zərdab rayonunun Məlikli kənd sakini Qalina İsrəfilova Zerdab.com saytı vasitəsi ilə millət vəkilimiz Jalə Əliyevaya müraciət ünvanlamışdı. Qalina İsrəfilova qaraciyər sirrozundan əziyyət çəkən oğlunun əməliyyatına kömək göstərilməsini xahiş etmişdi.

Rayonumuzun millət vəkili, hörmətli Jalə xanım bu müraciətə dərhal reaksiya verib. Millət vəkilimiz Zerdab.com-a bildirib ki, sözügedən problemlə əlaqədar Nurlanın ailəsi qəbulda olub: “Onlara bildirildi ki, qaraciyər dəyişdirilməsi ağır bir əməliyyat olduğu üçün donor tapılmalı, analizlər götürülməli və ilk növbədə bu məsələ həll olunmalıdır”.

Nurlanın valideynlərinə tövsiyə olunub ki, donor məsələsi həll olunduqdan sonra yazılı şəkildə millət vəkili Jalə Əliyevaya müraciət etsinlər: “Məhz həmin prosedurdan sonra Nurlanın əməliyyatına köməklik göstərilməsinə dəstək məqsədi ilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacaq”.

Zerdab.com