Zərdab rayonunda oğurluq edən şəxs saxlanılıb. Zerdab.com-un xəbərinə görə, Zərdab Rayon Polis Şöbəsinin müstəntiqi Murad Asifoğlu məlumat verib ki, Zərdab rayon sakini Almaz Qasımova Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus mağazanın qapısının kilidini gecə saatlarında sındığını və mağazanın qarət edildiyini bildirib. Polis Şöbəsinin əməliyyatçılarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini 18 yaşlı Orxan Qədirov saxlanılıb. Dindirilmə zamanı mağazadan ancaq pul oğurladığını deyən O. Qədirov ehtiyacı olduğu üçün bu addımı atdığını bildirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
ALLAH yaxwu oglanlarin qapsun acsun Amin !!!!!!!
Murad müəllim, uğurlar! Ümidvaram ki, nəinki Zərdabda, hətta bütün ölkədə bir nəfər də olsun cinayətkar qalmayacaq.
Murad Asifoglu yolun aciq olsun.Biz seninle fexr edirik!
Comments are closed.