Qoruqbağı kənd kitabxanasında Novruz şənliyi keçirilib

1
47

Qoruqbağı kəndi Türk dünyasının ən qədim və sevimli bayramlarından olmaqla yurdumuza bahar sevinci gətirən Novruz bayramı ərəfəsində Zərdab rayonunun Qoruqbağı kənd 6 saylı kitabxana filialı və Yastıyol kənd 35 saylı kitabxana filialı birgə Novruz şənliyi keçirib.

Qeyd olunub ki, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır.

Tədbirdə Novruz bayramının tarixini, adətlərini əks etdirən təqdimatlar olub. Şən ovqatda keçən bayram tədbirində milli rəqslər nümayiş etdirilib, Novruz ənənələrinə uyğun olaraq yumurta döyüşdürülüb.

Zerdab.com saytı tədbirdən fotoları təqdim edir.

Zerdab.com

Qoruqbağı kəndiQoruqbağı kəndiQoruqbağı kəndiQoruqbağı kəndiQoruqbağı kəndiQoruqbağı kəndiQoruqbağı kəndiQoruqbağı kəndi

1 comment

Comments are closed.