“Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq, 1 yanvar 1992-ci il tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanət qalığı olan və əmanət hesabı Fərman qüvvəyə mindiyi tarixə qədər açıq olan Azərbaycan vətəndaşlarından 1 iyun 2012-ci il tarixindən etibarən sənədlərin qəbulu və ödəmələrin verilməsi prosesinin həyata keçiriləcəyi məntəqələrin ünvanları açıqlanıb. www.zerdab.com saytının məlumatına görə, Zərdab rayonundan olan əmanətçilər fərdi birdəfəlik ödəmələrin alınması məqsədi ilə özlərinə məxsus əmanət kitabçalarındakı kassa nömrəsinə əsasən (3544), Zərdab şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında yerləşən 108 saylı məntəqəyə müraciət edə bilərlər. Qeyd edək ki, yaranmış hər hansı bir problemlə əlaqədar vətəndaşlar Xüsusi Komissiyanın 012 404-46-03 nömrəli “Qaynar xətt”inə müraciət edə bilərlər.
www.zerdab.com