Amma bəzən hər şey onların düşündükləri kimi olmur. Məsələn, böyük qardaş universitetdə oxuyur, kiçik qardaş isə evlənmək istəyir. Və yaxud da böyük qız dura-dura kiçik qıza elçi gəlir. Xüsusilə də ikinci məqamda valideynlər daha çox narahat olurlar. Hətta bəziləri düşünürlər ki, böyük qızın bəxti bağlanıb, ona görə də onun ərə getməsini gözləyir və kiçik qızın elçilərini əliboş geri qaytarırlar. Bu məsələyə müxtəlif prizmalardan yanaşmaq olar. Dini yöndən baxılsa, böyük dura-dura kiçiyin evlənməsində və ya ərə getməsində hər hansı problem yoxdur. Bu işdə əsas məsələ qarşı tərəfi yaxşıca öyrənmək, övladın kiminlə ailə qurmasını bilməkdir. Ümumiyyətlə, bu mövzuda qərar verərkən çox incə davranmaq, gənclərin rəylərini öyrənmək, hansı cəhətlərinə görə bir-birinin xoşuna gəldiyini yaxşıca araşdırmaq lazımdır. Kiminsə hansısa qızın və yə oğulun bəxtini bağlamaq məsələsi cəfəngiyyatdan başqa bir şey deyil. Bəxti yazan da, onu bizim üçün xeyirə dəyişən də ancaq və ancaq Allahdır. İnsanın həddi nədir ki, başqasının taleyi ilə oynasın. Bu məsələdə insana hər hansı qabiliyyət, səlahiyyət verilməyib. Sadəcə qismət işi böyük və ya kiçik olmaqla deyil. Kimin qisməti nə zaman gələcək, bunu biz bilmərik, Allah bilər. Bu mövzuda sizə maraqlı bir söhbət danışmaq istəyirəm:
Bir alim tələbələrindən birinə tapşırır ki, kuzəni aparıb bulaqdan doldursun. Tələbə də kuzəni qapıb bulağa qaçır, amma bulaq başına çatanda görür ki, tay-tuşları dəstələrə bölünüb oynayırlar. Onların oyunundan o qədər xoşu gəlir ki, ustadının dəstəmaz suyu gözlədiyini unudur və onlara qoşulub oynamağa başlayır. Bir də o zaman ayılır ki, gün batmaq üzrədir, təz kuzəni doldurub qaçaraq geri qayıdır. Tələbə yoldaşları onu danlayır, hətta bu davranışına görə döymək istəyirlər. Bu zaman alim gəlir və tələbələrinə belə deyir:
-Onunla işiniz olmasın. Bu işdə onun qəbahəti yoxdur. Çünki bulaq başındakı uşaqlara qoşulub oynamaq onun qismətində imiş. Həm də o bulağa çatanda bizim qismətimizdə olan su hələ axıb gəlməmişdi, çox dərində idi. O isə başqasının qismətində olan suyu doldurub gətirə bilməzdi ki. Ona görə də oynaya-oynaya özündən xəbərsiz bizim qismətimizdəki suyun gəlməsini gözləməli imiş.
Bu alimin söylədiklərindən bizim üçün əsas olan qismətini gözləməkdir. Ona görə də kimin qisməti nə zəmən gələcəksə, bizim vəzifəmiz öz boynumuza düşən işləri layiqincə yerinə yetirməkdir. Yoxsa, böyük qız dura-dura kiçik qızı köçürmək və ya kiçik oğulu böyükdən əvvəl evləndirmək olmaz kimi bir yasaq, bir problem yoxdur. Əgər məsələ hansısa adət-ənənədən irəli gəlirsə, demək o problem elə o ənənənin özündədir. |
beli duz deyirsiz
Comments are closed.