Zərdab Rayon Mərkəzi Kitabxanasında 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “DÜNYADA ƏN YÜKSƏK ZİRVƏDİR ANA” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Nailə Əliyeva MKS-nin sabiq direktoru Gülnar xanım Məhərrəmova başda olmaqla, dünyasını dəyişən insanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Daha sonra Nailə xanım qadınlara müraciət etdi: “8 Mart bayramınız mübarək, təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar. Hər birinizə şərəfli qadın adını, ana adını və nənə adını daşımağı arzulayıram. Tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları Gülüstan Rəhimova, Zenfira Bağırova, Gülzar Qasımova, Gülnaz Məmmədova,İlahə Əsədova, Mehparə Səfərəliyeva, Rəqibə Qasımova və başqaları bütün qadınlara öz səmimi arzularını bildirdilər.