Zərdab sakinini Bakıda vurdular

0
52

tecili yardimAbşeronda avtomobil yolu keçən iki piyadanı vurub. Zerdab.com-un Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, martın 5-də saat 20:00 radələrində Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Yardımlı rayon sakini Maqsud Şəbiyev və Zərdab rayon sakini Nəsimi Əlövsətli vurulublar. M. Şəbiyev hadisə yerində ölüb, N.Əlövsətli isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi  tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Zerdab.com