Zərdab Rayon Mərkəzi Kitabxanasında Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar “Yaddaşların Xocalı ağrısı” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Nailə Əliyeva açdı. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra N. Əliyeva Xocalıda ermənilərin Xocalı əhalisinə qarşı törətdikləri soyqırımı haqqında məlumat verdi. Kitabxananın əməkdaşlarından C. Feyzullayeva, V. Abdullayeva Xocalı qətliamı ilə bağlı olan məruzələri ilə tədbir iştirakçılarını məlumatlandırdılar.
3 saylı bağçanın körpə fidanlarının söylədikləri şeirlər və 3 saylı məktəbinin şagirdlərinin hazırladıqları “Yaddaşların Xocalı ağrısı” adlı ədəbi-bədii kompozisiya dinləyənlərin ürəyini riqqətə gətirdi. Sonda şəhidlərimizin ruhuna fatihə verildi.
Zərdab Rayon Mərkəzi Kitabxanası