Həsən Bəy Zərdabi Muzeyində “Xocalı ağrısı”

0
42

Vəfa BayramovaHəsən Bəy Zərdabi Muzeyində Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar “Xocalı ağrısı” adlı tədbir keçirildi. Tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Həsən Bəy Zərdabi Muzeyinin direktoru Vəfa Bayramova açaraq, Xocalı faciəsindən və Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərdən danışdı.

Vəfa Bayramova Xocalı Soyqrımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olduğunu qeyd etdi. Tədbirdə muzeyin əməkdaşları T. Qurbanova, D. Hacızadə, S. Xəlilova çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən və xalqımızın qəlbində açdığı dərin yaralardan danışdılar. Tədbirdə Gəlmə kənd orta məktəbin şagirdlərinin ifasında Xocalı faciəsinə həsr edilmiş şeirlər dinlənildi.

 Həsən Bəy Zərdabi Muzeyi

Vəfa BayramovaHəsən bəy Zərdabi Muzeyi1