Ağdamda qəhrəmancasına şəhid olan həmyerlimiz- Namiq Qasım

1
185

Qarabağ müharibəsiQasım Namiq Qasım oğlu 1973-cü il fevral ayının 19-da Zərdab rayonunun Gəndəbil kəndində anadan olub. 1979-cu ildə Gəndəbil kənd orta məktəbinin 10-cu sinfini bitirib. 1990-cı ildə Kalinin adına kolxozda işləmiş, az bir vaxtdan sonra onu hərbi xidmətə çağırmışlar. Subay idi.

Türkəmistan Respublikasındakı hərbi qulluqdan sonra onu Azərbaycanda gedən Qarabağ müharibəsi narahat edirdi. Odur ki, oradakı xidməti yarımçıq qoyub öz doğma Azərbaycan torpağına qayıtdı. Namiq Qasımovun ilk döyüşü 1991-ci ildə Qubadlıdan- “Yazlı düzündən” başlanır. Namiq Qasımov yaxşı, bacarıqlı idmançı idi. O hərbçi olmaq istəyirdi. Namiq döyüş bölgəsində tankvuran topçu komandirinin köməkçisi idi. Hərbi rütbəsi “çavuş” idi.

O, Qubadlıda 1992-ci ilin avqust ayına kimi döyüşür. Daha sonra Zəngilanın döyüş bölgəsinə, oradan da Ağdama göndərilir. Bu döyüş Namiqin son döyüşü oldu. 1993-cü ilin dekabr ayında Ağdamın Qiyaməddinli kəndində şəhid oldu.

O, xidmət etdiyi heyətdə böyük hörmət qazanmışdı. Odur ki, onu yoldaşları unutmur, tez-tez qəbrini ziyarətə gəlirlər…

Allah rəhmət eləsin. Azərbaycan Namiq Qasımov kimi oğulları ilə fəxr edir…

1 comment

  1. Allah rəhmət eləsin. Bütün şəhidlərimizin qəbri nurla dolsun

Comments are closed.