Zərdabda “Dur ayağa məmləkətim!”

0
47

Zerdab Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Dəkkəoba kənd kitabxana filialı, kənd orta məktəbi ilə birlikdə Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubleyi ilə əlaqədar “Dur ayağa məmləkətim!” başlığı altında ədəbi-bədii kompozisiya təşkil etdi. Kitabxana filalının müdiri Z. Məmmədova iştirakçılara tədbir haqqında ətraflı məlumat verdi. Dəkkəoba kənd orta məktəbinin təşkilatçı müavini S. Hüseynova şairin həyat və yaradıcılığı haqqında söhbət açdı. Tədbirdə Xalq şairi Zəlimxan Yaquba Ulu öndərimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi dəyərlər haqqında məktəbin şagirdləri L. Əhmədova və H. Bayramova ətraflı danışdılar. 8-ci sinif şagirdləri Azərbaycanın dəyərli oğlu, sevilən şairimiz Zəlimxan Yaqubun gözəl və dərin mənalı şeirlərindən söylədilər.

 Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana SistemiZerdabZerdab