“Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi “Azərbaycan Olimpiadada, Olimpiada Azərbaycanda” adlı layihənin icrasına başlayıb. Bu barədə Zerdab.com saytına İctimai Birlikdən məlumat verilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçiriləcək. Layihə çərçivəsində tədbirlər Zərdab, Göyçay, İsmayıllı, Qəbələ rayonlarında və Şəki şəhərində keçiriləcək: “Layihəmizin əsas məqsədi ilk dəfə keçiriləcək Avropa Olimpia Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətini regionlarda təbliğ etmək, gənclərin beynəlxalq tədbirin ölkəmizə verəcəyi faydalar barəsində məlumatlandırmaq, Olimpia oyunları zamanı ölkəmizə gələn xarici qonaqlarla gənclərin ictimai davranış qaydalarına riayət etmələrinə yardımçı olmaq, Azərbaycanın olimpia tarixi və cənab Prezidentimiz İlham Əliyevin Milli Olimpia Komitəsinin prezidenti secildiyi gündən bü günkü günədək ölkə idmanının keçdiyi uğurlu yolları gənclərə çatdırmaqdır.
İctimai Birlik ölkə gənclərinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edir.
Zerdab.com