“Hay-küy salma”, deyirdi

0
61

 anlamlı fotoZAVALLI QURBAĞA

Bir ilan qurbağanı

Çığırdaraq yeyirdi.

Hərdənbir də yazığa

“Hay-küy salma”, deyirdi.

Qurbağa cavabında

“Sən əclafsan”, — söyürdü.

Bığaltı gülüb ilan:

“Doğrudur, deyil yalan.

Başqasına yem olur

Həyatda zəif olan”…

 

Yusif SULTANOV, Əlibəyli kəndi