2 fevral Gənclər Günü münasibətilə Heydər Əliyev Mərkəzində Zərdab rayon gənclərinin ümumrayon toplantısı keçirildi. Zerdab.com saytı xəbər verir ki, toplantı iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Tədbir açıq elan olundu və Azərbaycan Respublikasının Dövlət Himni səslədirildi.
Gənclər Günü münasibətilə məruzə edən Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev ölkəmizdə, həmçinin rayonumuzda gənclər, bədən tərbiyəsi və idman sahəsində görülən işlərdən, idmanın müxtəlif növləri üzrə rayonumuzu, eləcə də ölkəmizi xarici ölkələrdə keçirilən yarışlarda təmsil edən gənclərdən danışaraq, diqqətə çatdırdı ki, Prezident İlham Əliyev cənabları tərəfindən respublika gənclərinin inkişafı istiqamətində imzalanmış dövlət proqramları rayonumuzda da uğurla icra olunur, sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində görülən işlər davam etdirilir.
Çıxış edənlərdən “Cəsurlar” hərbi idman və turizm oyunlarının Respublika birinciliyində 1-ci yeri tutmuş Gəlmə kənd tam orta məktəbi komandasının kapitanı Heydər Orucov, Taekvando və Karate bölməsi üzrə məşqçi müəllim, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Aqil Babayev, Rayon Mərkəzi Xəstəxanasının həkim pediatrı Sevinc Məmmədova, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, Karatenin VKC növü üzrə Dünya və Avropa çempionu, “İdman ustası” Nərmin Camalzadə respublikamızada, eləcədə rayonumuzda idmanın inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Toplantıda o da qeyd olundu ki, zərdablı gənclər 2014-cü il ərzində 34 rayondaxili, 7 zona və 10-a yaxın respublika səviyyəli yarış və tədbirlərdə rayonu uğurla təmsil ediblər. İdmançılar 9 qızıl, 4 gümüş, 8 bürünc medal qazanıblar.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək gənc və yeniyetmələri təbrik edib. Tədbirdə fəal gənc, Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin icracı direktoru Nicat Rəhimova Rayon İcra Hakimiyyəti Başcısının Fəxri Fərmanı, istedad və bacarıqları ilə fərqlənən bir qrup gənclərə isə xatirə hədiyyələri təqdim olundu, Yeni Azərbaycan Partiyası sıralarına yeni daxil olan gənclərə Partiyanın vəsiqələri verildi. Sonda gənclərin ümumrayon toplantısı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
Zerdab.com
genclerin coxu iwsizdi. ehhhhhhhhhhhhh
SALAM. yazdiglarimi vermeseniz kusecem
Comments are closed.