Zərdabda Qurd Yuvası

2
105

Canavar-ZerdabZərdab Rayon Dövlət Arxivinin müdiri Elyar Bağırov bu günlərdə “facebook” sosial şəbəkəsində maraqlı bir məlumat paylaşıb. Zerdab.com saytı ictimai marağını nəzərə alıb həmin məlumatı oxucularla bölüşür: “Zərdab rayonun Xanməmmədli, Hüseynxanlı və Sallahlı kəndlərini əhatə edən 40 hektardan çox ərazidə ada var. Əslində indi ada deyil. Adanı əhatə edən Qara Su çayının 1 qolu quruyub. Amma camaat yenə ora ada deyir. Yaşlı nəsil isə oranı Qurd Yuvası adlandırır. Son zamanlar həmin ərazidə canavarlar çoxalıb. Görənlər deyir ki, düm ağ rəngdə canavar da var. Halbuki, bu yerlərdə, yəni mərkəzi Aranda ağ canavar ola bilməz. Ehtimal ki, kimsə imkanlı adamın qoruğundan qaçıb gəlib buralara. Bir dənə də göy rəngdə həddindən artıq böyük canavar var. Və bu canavar da tək gəzir. Yəni yalquzaqdı. Sonra isə boz rəngdə üç-üç, beş-beş canavarlar qoyun sürülərinə tez-tez hücum edirlər. Deyilənə görə ovladıqları heyvanları həmin adaya, yəni Qurd Yuvasına aparıb yeyirlər. Bu yaxınlarda o ərazini gəzən bir nəfər deyir ki, çox qalın meşəlikdir: “Girdiyim istiqamətdən yolu tapıb qayıda bilmədim. Kəskin iy insanı boğur orada”. Deyir ki, canavarların özünəməxsus kəskin iyi olur: “Canavar yuvaları var və çoxlu skiletlər. At, inək, qoyun skileti doludur oralarda. Meşəliyin tən ortası isə, seyrəklikdir. Çəmənlik, açıqlıqdır. Dörd tərəfi sıx meşə olan yerin mərkəzində belə düzənlik çox mənzərilidir. Hər halda gedib görmək maraqlı olar”…

Zerdab.com

2 ŞƏRH

Comments are closed.