Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ekspedisiya qrupu tərəfindən 26 aprel – 04 may tarixlərində Kür və Araz çaylarının axımına nəzarət məqsədilə yoxlama ölçmə işləri aparılıb. www.zerdab.com saytının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, “ADP SonTek” ultrasəs dopler cihazı vasitəsi ilə Zərdabda da aparılmış ölçmə işləri zamanı çayın en kəsiyinin profili, sahəsi, dərinliyi, en kəsiyi boyu müxtəlif dərinliklər üzrə suyun sürəti ölçülüb və su sərfləri hesablanıb. Araşdırmalar nəticəsində məlum olub ki, Kür-Zərdab məntəqəsində suyun sərfi 291 m3/san, çayın canlı en kəsiyinin sahəsi 410 m2, axımın orta sürəti 0.71 m/san, maksimal dərinlik 5.43 metrdir.
www.zerdab.com