Qorxuram duralar üzümə, Allah

0
72

dunyaHƏR GÜN ƏRİYİRƏM, HƏR GÜN ÖLÜRƏM

Əl açıb göylərə yalvarıram mən,

Möhtac et özümü özümə, Allah,

Ölüm şərbətimi göndərənədək,

Dəymə ağılıma, gözümə Allah.

***

Nahaqqa düşmənəm, haqqa yançıyam,

Əyri kəslər üçün qırmanc, qamçıyam,

Sənin düz yolunda hər vaxt yolçuyam,

Qüvvət ver yazdığım sözümə, Allah

***

Sözü sözə qoşub calayram mən,

Tək sənə möhtacdı bu düz, bu çəmən.

Axirət günündə dəyişər aləm,

Qorxuram duralar üzümə, Allah.

***

Nə qədər yalançı, haqsız görürəm,

Qüssə-kədər ilə ömür sürürəm.

Hər gün əriyirəm, hər gün ölürəm,

Tabım qalmayıbdı dözümə, Allah.

Vəzir BƏLALI

Otmanoba kəndi