Söyləmədim axı səhv sən özünsən,
Mənim sözlərimi yaxşı düşün sən.
Nə qədər özünü suçlu düşünsən,
Bilirəm sevgidə mənəm günahkar.
Sənə çox söylədim arxamca baxma,
Hər baxışında da yandırma, yaxma,
Nə olsun səhvin var, özunnən çıxma,
Ən azı səninlə tənəm, günahkar.
Daha heçnə yazmır,acizdir qələm,
Nə qədər yazım ki, günahkar mənəm.
Sevgini düşünsək Əsli və Kərəm,
Orda da olubdu Kərəm günahkar.
Sən sevgi dediyin,gülüm,nədirki?
Xatirə yazıdır, zaman da silgi,
Ayın onüçündə bitdi bu sevgi,
İndi nə bəhanə? -Rəqəm günahkar…?
Görünür həm xeyir, şər yazdığımda,
Var təzə təravət, tər yazdığımda,
Bax elə bu dəyqə hər yazdığımda,
Düşüncə, həm kağız, qələm günahkar…
Yusif Xəlilov
Yusif, çox sağ ol ki, şeirlərini nəhayət ki, bizimlə paylaşdın.Əladır təbrik edirəm. Oxucularımız bilsin ki, Yusifin çox maraqlı şeirləri var.
Comments are closed.