Kitabxana filiallarında 20 Yanvarla bağlı tədbirlər keçirilib – FOTOLAR

1
42

Zərdab-20 yanvar20 Yanvar faciəsi xalqımızın qan yaddaşına hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi yazılıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz öz qanları ilə Azərbaycanın yeni tarixini yazdılar. Bu, qəhrəmanlıq, mərdlik, hünər və milli məfkurənin yüksəliş tarixidir. Zerdab.com saytına verilən məlumata görə, 20 Yanvar hadisələri ilə əlaqədar Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Təzəkənd, Lələağacı, Dəli Quşçu, Qaravəlli, Əlibəyli, Məmmədqasımlı,  Salahlı, Bıçaqçı, Şıxbağı kənd və 36 saylı şəhər kitabxana filiallarında silsilə tədbirlər keçirilib. Tədbir iştirakçıları 20 Yanvar hadisələrinin azərbaycanlıların milli azadlıq ruhuna qarşı bir qəsd olduğunu vurğulayaraq, həm də söyləyiblər ki, həmin gecə xalq özünün yenilməzliyini, Vətənə, torpağa sədaqətini, müstəqillik uğrunda mübarizə əzmini bütün dünyaya əyani surətdə nümayiş edirdi.

Zerdab.comZərdab-20 yanvarZərdab-20 yanvar Zərdab-20 yanvar- Zərdab-20 yanvar1 Zərdab-20 yanvar2 Zərdab-20 yanvar3 Zərdab-20 yanvar4 Zərdab-20 yanvar5 Zərdab-20 yanvar Zərdab-20 yanvar

1 comment

Comments are closed.