Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək və bununla maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu Sərəncamın 1-ci hissəsi 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
Təhsil Nazirliyinin nin İnformasiya şöbəsinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, bu sərəncam diaqnostik qiymətləndirməyə cəlb olunan 30 minə yaxın müəllimə şamil olunacaq. Bu sərəncamdan irəli gələrək məktəblərdə dərs yükü norması 12 saatdan 18 saata qaldırılacaq. Sərəncam sınaq qiymətləndirmədə zəif və yüksək nəticə göstərmələrindən asılı olmayaraq, hər kəsə şamil ediləcək.
C. Valehovun sözlərinə görə, bu sərəncam müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcək: “Bildiyimiz ki, Azərbaycan dövləti sosial sahəni prioritet elan edib. Prezidentin bu sərəncamı humanist addımdır. Neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, müəllimlərin maaşlarının artırılması hesabına müəllimlərimizin dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları 2 dəfə artırılacaq. Bu tədbir Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası sənədindən qaynaqlanır. Bu sənədə uyğun olaraq ötən ilin yayında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirlməsi həyata keçirilib”.
Moderator mənim şərhimi niyə vermirsiz?!Bəlkə düz demirəm?Onda yazın başqalatrı qoy münasibət bildirsin.
Yaşar müellim, şerhi deyesen başqa yere göndermisiniz. Tek gelen şerh budur.
Üzr istəyirəm görünür düyməni səhv basmışam,ona görə şərh əlavə olunmayıb.
Əsas məsələ bir okladın 18 saata qaldırılmasıdır.Yəni əvvəl 12 saat,bir oklad, 191 manat ,oklad yarım(18 saat) 286,5 edirdisə indi bir oklad 18 saat olmaqla yenə də 286,5 manat edəcək.(Bu 14-cü dərəcə üçün bir okladın əmək haqqıdır)
Nəticə müəllimlərin ixtisarına səbəb olacaq.Yəni əvvəllər müəllim yerləşməsi üçün 12 saat,indi isə 18 saat vakansiya lazım olacaq.
Digər tərəfdən bu necə olur ki,ölkənin bir hissəsində müəllimlər bir tariflə(Bakı şəhərində)digər hissəsində başqa tariflə əmək haqqı alacaqlar?!Bu onu göstərir ki,bu tariflər arasında əsaslı bir fərq olmayacaq.Sadəcə müəllimlərin həftəlik dərs yükü 12 saatdan 18 saata qalxacaq.Dərsin keyfiyyətli olması üçün müəllim daha az dərs deyib çox əmək haqqı almalıdır. Müəllimin həftəlik dərs yükünün həftəlik 12 saat olması elmi,metodiki və pedaqoji tərəfdən əsaslandırılmış optimal yükdür.Bunun 18 saata qaldırılması dərsin keyfiyyətinə mənfi təsir göstərəcək.Əgər məqsəd şagirdlərə keyfiyyətli təhsil verilməsi olsaydı onda hər bir saata verilən pul artırılardı.Bu sərəncam təhsilin keyfiyyətinə mənfi təsir etməklə,müəllimin maddi vəziyyətinə heç bir müsbət təsir göstərməyəcək.
tebrik edirik. maaaaaawlarinizi sirniyyata xercliyesiiiiiz. apteek tanimiyasiiiiiz
niyee yazdiqlarimi vermirsiiiz. hirsleniremaaaaaa
laaaap yaxsii
yazdiglarimi vermeseniz medvedi gonderecem.. uje cinlenirem
bes pensiya ne vaxt artir
MEEDVEEED HAARDASAAAAAN
GORESEN NE QEDER ARTIIIIIIIIB? tebrik etdiyim ucun hereniz 10 manat verin
Comments are closed.