Tarixlərdə şöhrəti var torpağımın

0
56
Zərdab-qızıl payız
Foto: Samir Məmmədov, Zərdab

TORPAĞIMIN

Yaranışdan daş-qaş olub hər zərrəsi,

Tarixlərdə şöhrəti var torpağımın.

Şölə salıb ürəklərə xəzinəsi,

Qucaq-qucaq neməti var torpağımın.

***

Ulu Tanrı qarşısında ağdı üzü,

Zalımların sinəsinə oxdu sözü,

Çalxansa da sağa-sola dövran özü,

Yenilməyən qüvvəti var torpağımın.

***

Həqiqətin nuru yağır amalından,

Babalarım güc alıbdı kamalından,

Dərdə şəfa, doymaq olmur camalından,

Dost yolunda ülfəti var torpağımın.

***

Tükənməzdi, müqəddəsdi duz-çörəyi,

Düşüncəli, qədirbilən var ürəyi,

Varlığına inamlıdır gələcəyi,

Haqq yolunda zəhməti var torpağımın.

***

Ömrümüzə rövnəq verir illər-aylar,

Üşütməyir daha bizi boran, nə qar,

Sevinməyə, öyünməyə haqqımız var,

Azərbaycan dövləti var torpağımın.

***

Cavanşirlər boy atıbdı qucağında,

Koroğlular isinibdi ocağında,

Yaradanın özü durub dayağında,

Fəlsəfəli isməti var torpağımın.

***

Varlığına baş əymişəm zaman-zaman,

Can yanğısın duymaz əsla gendən baxan,

Alov saçan ömür versə mənə aman,

Lələ ilə söhbəti var torpağımın.

 

Lələ MƏHƏMMƏD,

Otmanoba kəndi