VALLAH BU BAŞ GƏZDİRMƏLİ BAŞ DEYİL
Ağılsızam ağıllılar yanında,
Ağlım kəsir, gözüm də heç çaş deyil,
Neçə dəfə göz tökmüşəm əlimlə,
Görmüşəm ki, düzəltdiyim qaş deyil.
***
Bir ağıla qulluq elə edəndə,
Doğru yolu düz tutginən gedəndə,
Gəzdirməsə bir başı bir bədəndə,
Vallah bu baş gəzdirməli baş deyil.
***
Ağıl gərək ağıl ilə işlənə,
Fayda verən xeyir işə xərclənə,
Ziyan gəlməz Nazim, onda heç sənə,
Ölç-biçginən, başın tamam boş deyil.
Nazim Əkrəm LAÇINLI,
Bəyimli qəsəbəsi