Ömür kecir, yaş ötüşür,
“Hələ vaxta var”, deyirik.
Zamanı bölə bilmirik,
“Əynimizə dar”, deyirik.
Tanımırıq Tanrımızı,
Gözləmirik abrımızı.
Düz secmirik yarımızı,
Yarımaza “yar” deyirik.
Düzü yanlış düzənlərə,
Haqqa dodaq büzənlərə,
Hec nə üstə küsənlərə,
Bircə kəlmə “ar” deyirik.