Dedik addımlayaq bu uzun yolu,
Bəs niyə qoyursan yarıda məni?
Dostlar da vəfasız, o da vəfasız,
Görmədim birisi yarıda məni.
Geriyə boylanıb gördüm ki, artıq,
Ömrümün yarısı yetibdi, gülüm!
İstədim qəlbimin yarısın verim,
Gördüm ki, hamısı bitibdi gülüm!
Daha gül bənizin saralıb solmaz,
Payız yarpağının sarısı kimi.
Ömür yollarıma işıq saçmadın,
Ayın parçalanmış yarısı kimi.
Bu necə taledi, bu nə cür yazı,
Niyə hər nəyim var, böldüm yarımçıq?
De, indi mən kimə şikayət edim?
Yaşadım yarımçıq, ölləm yarımçıq.
Ayrılıq dediyin nədir ki, gülüm,
Bir üzü təbəssüm, bir üzü kədər?
Deyirəm, kaş sən də məni sevərdin,
Səni sevdiyimin yarısı qədər…
eladır Güler
Gözəl şerlər yazırsan halal olsun sənə hamısını oxuyuram
Özün demişkən:Deyirəm,kaş sən də məni sevərdin
Səni sevdiyimin yarisi qədər
ÇOX GÖZƏL YAZIRSAN GÜLƏR XANIM. DÜŞÜNƏN BEYNİN, YAZAN ƏLLƏRİN VAR OLSUN! SƏNİN ÇOX YÜKSƏK DUYUMUN VAR VƏ DUYDUQLARINI ŞEİR DİLİ İLƏ İFADƏ ETMƏK İSTEDADIN GÜCLÜDÜR. BİR DAHA UĞURLAR.
teşekkürlerr
teşekürler İsameddin müellim.sizin şerleriniz qeder gözel ola bilmez
Çox gözeldir Güler xanım.ilhamın bol olsun
çox gözeldir.sizde sevgi şeerleri alınır
çox gözel ve özel yazırsan.
cox tesekkur yenisinde menim ucun yazarsan lutfen!
Comments are closed.