Zərdab Rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində Dünya azərbaycanlarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Sevinclə gəl, yeni ilim” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva Yeni il bayramı münasibətilə iştirakçıları təbrik etdi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar bütün azərbaycanlılara bir, həmrəy olmağı arzuladı. Daha sonra tədbirin aparıcısı, Uşaq şöbəsinin müdiri İlahə Teymurzadə tədbiri davam etdirdi. Tədbirdə iştirak edən şəhər 3 saylı bağçanın uşaqlarının bir-birindən maraqlı mahnıları, şeirləri, rəqsləri, səhnəcikləri şənliyi daha da şuxlandırdı. Şaxta baba və Qar qızın gəlişi isə uşaqların sevincinə sevinc qatdı. Uşaqların maraqlı çıxışlarına Mərkəzi Kitabxananın işçiləri də qoşuldular. Şaxta babanın yeni il hədiyyələri uşaqları daha da sevindirdi.
YENİ İLİMİZ MÜBARƏK!!! Kitabxanamızda keçirilən tədbir isə əla idi hər zaman belə gözəl tədbirlərlə ürəyimizi oxşayan əməkdaşlarımıza təşəkkürümü bildirirəm. Yenədə Nicat bəyə xüsusi minnətdarlığımızı bildirirəm tədbirimizi yerləşdirdiyi üçün.
Peyğəmbərimizin söylədiyi kimi “Uşaq cənnət nemətlərindən biridir”.Arzu edirəm ki, uşaqlarımız şən,firavan yaşasınlar.Qar kimi ağ, təmiz beyinlərinə,ürəklərinə illər keçsə də izi silinməyən,yaddaqalan hadisələr həkk olunsun. Xoşbəxt gülüş üzlərindən əskik olmasın. İnsanlara da yaşından saılı olmayaraq, uşaq təmizliyi,saflığı, arzulayıram.Bütün uşaqları Yeni il-2015-ci il-münasıbətilə təbrik edirəm.
♥ 2014 ili ağrılarımızla,sevinclərimizlə geridə qalacaq.2015 daha çox ümid,daha çox sevinc,daha çox xoşbəxtlik gətirsin.Həyatında gözəl illər,xoşbəxt sabahlar,real dostluqlar həmişə səninlə olsun.Yeni ilin sənə və bütün sevdiklərinə sağlamlıq,xoşbəxtlik,sevinc,müvəffəqiyyət,bolca pul,sevgi və dinclik gətirməsini diləyirəm.Xoşbəxt illər…
Comments are closed.