Millət vəkilimiz Jalə Əliyevanın anası dünyasını dəyişib

11
121
Nurəngiz Gün
Nurəngiz Gün

92 saylı Zərdab-Ucar seçki dairəsindən millət vəkili Jalə Əliyevanın anası, tanınmış şairə Nurəngiz Gün vəfat edib. Zerdab.com saytına verilən məlumata görə, Nurəngiz Gün dünən gecə saatlarında dünyasını dəyişib.

Millət vəkili Jalə Əliyeva açıqlamasında anasının uzun müddət yataq xəstəsi olduğunu deyib. Onun sözlərinə görə, Nurəngiz Gün böyrək, ürək xəstəliklərindən əziyyət çəkib, ayaqları tutulub və yataq xəstəsi olub.

Qeyd edək ki, şairə Nurəngiz Gün Prezident təqaüdçüsü idi. Məlumat üçün bildirək ki, Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Oxucularla ilk görüşə “Ulduz” jurnalında dərc edilən “Tanrı” (1981) povesti ilə gəlib.

Zerdab.com saytı olaraq, hörmətli millət vəkilimiz Jalə Əliyevaya və onun əzizlərinə başsağlığı verir, mərhuməyə isə Allahdan rəhmət diləyirik. Məkanı cənnət olsun.

Zerdab.comNurəngiz GünNurəngiz Gün

11 ŞƏRH

  1. hormetli Jale xanim derin huznle basligi veririrem.Axir qeminiz olsun.H.B.Zerdabinin nevesi Saraxanimi terefinden

  2. Jalə xanım, ananız – gözəl insan, ədəbiyyatımızın öncüllərindən olan istedadlı şairə Nurəngiz Günün vəfatından kədərləndiyimi bildirir və Sizə Allahdan çoxlu-çoxlu səbir diləyirəm.

  3. Hörmətli Jalə xanım Ailənizin qürur duyacagı, müdrük, ağıllı, gözəl insan, ədəbiyyatımızın öncüllərindən olan istedadlı şairə Nurəngiz Günün vəfatından kədərləndiyimi bildirir allah qəni qəni rəhmət eləsin!
    YAP Göyçay rayon təşkilatı

  4. Hörmətli Jalə xanım! Ananız – Nurəngiz xanımın dünyasını dəyişməsi xəbəri bir zərdablı olaraq məni çox kədərləndirdi. Uca rəbbimizdən mərhumə anamıza rəhmət, məkanının cənnət olmasını diləyirəm. Öz və ailəm adından Sizə bu kədərli anlarda başsağlığı verir, səbr diləyirəm. Allah köməyinizdə olsun, amin! Dərin hüznlə, Qurban Süleymanov. Şahhüseynli kəndi.

  5. Allah rəhmət etsin, Məkanını cənnət eyIəsin duaIarımızı qəbuI Etsin, Acınızı SizinIe payIaşırıq. ALLAH Güç versin Jalə xanıma və yaxınIarına.

  6. Əzizimiz Jalə xanım,ananızın dünyasını dəyişməsi xəbərinə çox kədərləndim,ana itkisi ağır itkidi,Allah səbrinizi versin,məkanı cənnət olsun!

  7. hormetli Jale xanim Eliyeva Allah Rehmet Elesin.qebrli Nurla dolsun axir qeminiz olsun ..Ailenize bas s agligi verirem ..hormetle Sara xanimin Nevesi ..

  8. Əzizimiz,fəxrimiz hörmətli Jale xanım. Tanınmış ziyalı, torpağını, xalqını, millətini sevən, vətən təəssöbkeşi, alicənab və yüksək mədəniyyət sahibi olan poeziya ustası, dəyərli söz sahibi olan şairə, əsl Azərbaycanlı xanımlarına xas, nur üzlü ana Nurəngiz Günün vəfatı bizi cox kədələndirdi. Allah rəhmət eləsin. Sizə və ailənizə öz ailəmiz adından dərin hüznlə başsağlığı veririk və məkanının cənnət olmasını arzulayırıq. Allahdan Sizə səbr diləyirik. Hörmətlə Məlikovlar nəslindən olan ailə

  9. Hörmətli Jalə xanım.Ananızın vəfatı münasibəti ilə sizə baş sağlığı verirəm.. Şair demişkən:-

    Kimi ölərsə ona hayıfdır söyləyirlər
    Unudulmur o insan,yaşayır hər ürəkdə.
    Kimi ölərsə ona yazıqdır söyləyirlər
    Belə ölənlər üçün sıxılmayır ürək də.
    Nurəngiz xanıma hamı hayıf dedi-KƏDƏRLƏNMƏYİN JALƏ XANIM.
    NURƏNGİZ XANIMIN EFİRDƏKİ SON MÜSAHİBƏSİNİ XATIRLAYıN:
    “MƏN XOŞBƏXTƏM Kİ,CƏMİYYƏTƏ ZƏRƏR VERMƏYƏN ÖVLAD BƏXŞ
    ETMİŞƏm”ı NƏ QƏDƏR TƏVAZÖKAR GÖRÜNSƏ DƏ BU SİZƏ YETƏR.

    UCA TANRIDAN SİZƏ SƏBR DİLƏYİRƏM. ALLAH BÖYÜKDÜR!

Comments are closed.