Dekabr Zerdab.com saytı üçün yubiley ayıdır, 4 yaşı tamam olur, 5 yaşına keçir. Bu münasibətlə saytın təsisçisi və redaktoru Nicatı və əməkdaşlarını təbrik edirəm. Qeyd etmək istəyirəm ki, mən sadəcə 2 aydır ki, Zerdab.com saytını oxuyuram. Ondan əvvəl varlığından xəbərim yox idi. Bu saytla tanışlıq mənim həyatıma çox təsir etdi. Belə ki, bu sayt vasitəsi ilə mən 40 il əvvəlki həyatıma döndüm. Mən Zerdab.com saytı vasitəsi ilə Almaniyada oturub doğulduğum, yaşadığım rayonu və küçəmizi belə gördüm. Mən indi hər gün bu sayta baxıram, keçmişimi bir-bir xatırlayıram. Uşaqlıq illərimi, məktəb illərimi, qonşularımı xatırlayıram. Bəlkə də indi yaşlaşmışam, onun üçündür, bilmirəm, “amma kaş ki, bu 40 ili elimsiz, obamsız keçirməyəydim” deyirəm. Amma mən özümə söz verdim, əgər nəsib olarsa, bu səfər mütləq rayonumuza gedəcəyəm. Mən orada uşaqlaşmaq istəyirəm, gənc olmaq istəyirəm, 40 il bundan qabaqkı həyatıma qayıtmaq istəyirəm. Bilirəm ki, göz yaşlarımı tuta bilməyəcəyəm, olsun, təki rayonumuza gedim, ağlamaq qismətim olsun gecələr!
Mənə bu duyğuları yaşatdığına görə Zerdab.com-a çox-çox təşəkkür edirəm. Onu da demək istəyirəm ki, saytınız mükəmməldir. Həmyerlilərimizdən də rica edirəm ki, Zerdab.com-u yaşatmaq üçün əlimizdən gələni bu gənc redaktorumuzdan əsirgəməyək.
Hörmətlə, Əzimə Ağalarova.
Almaniya Federativ Respublikası, Hamburq şəhəri.
Saytdan: Məlumat üçün bildirək ki, yazıçı Ağalarova Əzimə Xaspolad qızı 1959-cu ildə Zərdab rayonunda anadan olub. 1976-cı ildə Zərdab rayonu Ş. Qurbanov adına orta məktəbi bitirib. Həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna (indiki Azərbaycan Dillər Universiteti) daxil olub. Əmək fəaliyyətinə 1984-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyində başlamışdır. 1993-cü ilin dekabr ayından Almaniya Federativ Respublikasının Hamburq şəhərində yaşayır. Burada tərcüməçi kimi fəaliyyət göstərir. İngilis, fransız, alman, türk, rus dillərini bilir. Yazıçılıq fəaliyyətinə 2013-cü ildə başlayıb. Bir il ərzində iki kitabı nəşr olunub. “Gecələrdə gizli qaldım”, “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” adlı kitabların müəllifidir. Əzimə xanıma saytımız haqqında səsləndirdiyi səmimi və xoş sözlərə görə təşəkkür edirik.
Salam, Əzimə xanım!
Sizi burda görməyimə şadam. Mən yadınzda qalmaram. Siz deyəsən 3-cü kursda olanda mən 1- ci kursdaydım…Mən də Zərdablı..( əmim qızı Soltanağa sizin sinif yoldaşınız olub deyəsən)
Kitabınız haqda oxumuşdum. Dünən İlqar Fəhmini AYB-da görəndə xahiş etdim ki oxumaq üçün versin, qaytararam. Doğrusu, bilmirəm, satışda var ya yox. Olsa alaram
Bu gücə saat 3 – kimi ” Gecələri gizli qaldım” – oxumuşam. Yarısını qurtarmışam…Bu axşam yəqin ki sona çatdıraram
Amma sizə bir neçə sualım var Bahar obrazıyla bağlı…sizin e maili bilmirəm, e mailinizi bilsəydim sualarımı yazardım…
Əsərin dili çox gözəl…Maraqlıdır… Oxucunu arxasınca apara bilən əsərdir.
Hörmetli Sevil.Düshüncelerinize göre cox teshekkür edirem.Dogrudur ,Soltanaga menim sinif yoldashim olub .Men oktyabr ayinda Bakiya gelende onunla da görüshdüm. emailim :Azimaagalarova@hotmail.com
Mektubunuz cox tesirlidi.Hetta anam agladi. Onunda sizinle kecirdiyi kecmishi yadina dushdu.Biz cox shad olariq siz Zerdab rayonuna dogma veteninize geleceksiz.Sevincimizin heddi hududu olmadan qollarimizi yanlara acaraq sizi sebirsizlikle gozleyirik ve o gunleri gormek ucun anam Sevinc Allahdan arzu edir.Sizi ve qardashi Pervizi gormek arzusundadi.
Comments are closed.