Həsən Bəy Zərdabi Muzeyində dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı anım tədbiri keçirilib. Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik süktla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə Həsən Bəy Zərdabi Muzeyinin direktoru Vəfa Bayramova açıb. V. Bayramova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verib. Sonra muzeyin elmi işçisi Tavad Qurbanova “Dahilər ölmür” adlı məruzə ilə çıxış edib. Tədbirdə digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycan dövlətinin tarixi və taleyi ulu öndərin adı ilə sıx bağlıdır: “Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olub. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Heydər Əliyev qüdrətli siyasi xadim, əvəzolunmaz tarixi şəxsiyyət və əsl Azərbaycanlı idi.
Həsən Bəy Zərdabi Muzeyinin direktoru Vəfa Bayramova