Zərdab Rayon Gənclər və İdman İdarəsi tərəfindən ümummilli lider Heydər Əiyevin anım günü münasibəti ilə Heydər Əiyev Mərkəzində gənclərin iştirakı ilə “Heydər Əiyev və azərbaycançılıq ideologiyası” mövzusunda konfrans təşkil edilib. Tədbir gənclərin ümummilli liderimizin abidəsi önünə gül qoyması ilə başlayıb. Gənclərimiz ulu öndərin həyat və yaradıcılığını əks etdirən fotostendlə tanış olduqdan sonra tədbirdə gənclərimiz tərəfindən hazırlanmış “Fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı videoçarx təqdim edilib. Tədbiri acıq elan edən Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev ümummilli lider Heydər Əiyevin keçdiyi həyat yolundan və gənclər siyasəti haqqında danışıb. Sonra mövzu ətrafında Heydər Əiyev Mərkəzinin direktoru Könül Rəhimova və gənc müəllim Elvin Xəlilov çıxış ediblər.
Zərdab Rayon Gənclər və İdman İdarəsi