Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində Ümumdünya Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar olaraq “Qadınların cəmiyyətimizdə rolu” adlı “dəyirmi masa” keçirilib. Bu barədə Zerdab.com saytına Muzeyin direktoru Şahnaz Mustafayeva məlumat verib. Tədbirdə şəhər 3 saylı orta məktəbin 8-9-cu sinif şagirdləri və məktəbin psixoloqu, Rayon Mədəniyyət Evinin, Veteranlar Klubu, Rayon MKS-nin, Zərdab Rayon Gənclər və İdman İdarəsinin, Həsən Bəy Zərdabi adına muzeyin işçiləri, Zərdab rayonunda çıxan “Əkinçi” qəzetinin əməkdaşları iştirak ediblər. Tədbiri Muzeyin direktoru Şahnaz Mustafayeva açaraq mövzu haqqında ətraflı məlumat verib. Muzeyin əməkdaşı Aybəniz Abdullayevaya isə “Qeyri sağlam evliliyə gedən yolun istənilən mərhələsində izdivaca son qoymaq mümükündür” adlı çıxışından sonra mühazirə əsasında fikir mübadiləsi aparılıb. Tədbir boyunca şəhər 3 saylı orta məktəbin müəllimi, “Əkinçi” qəzetinin müxbiri və başqaları fikir və rəylərini bildiriblər.