Zərdabda 1000 nəfər könüllü qan verdi – FOTOLAR

0
50

ZərdabDövlət Proqramına uyğun olaraq talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə Zərdab rayonunda növbəti dəfə qanvermə aksiyası keçirilib. Humanitar tədbirin yüksək səviyyədə həyata keçirilməsi üçün rayon poliklinikasında hər cür şərait yaradılıb. Zerdab.com saytına verilən məlumata görə, Səhiyyə Nazirliyi B.Eyvazov adına Ematologiya Transfuziologiya İnstitutu nəzdində mərkəzi qan bankının 9 nəfərdən ibarət həkim briqadası rayona ezam olunub. Əvvəlcə donorların ümumi sağlıq durumu yoxlanılıb. Səhhəti imkan verən sakinlərdən qan nümunələri götürülüb. Humanitar aksiyada min nəfərə yaxın rayon sakini könüllü iştirak edib. Qanvermə aksiyasında təhsil, səhiyyə və mədəniyyət işçiləri, polis əməkdaşları, Suvarma Sistemləri İdarəsi və digər müəssisələrin kollektivləri fəal iştirak ediblər. Qanvermə aksiyasında iştirak edən rayon sakinləri bu cür xeyirxah addımların əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd edək ki, donorlardan alınan qan nümunələri qablaşdırılaraq mərkəzi qan bankına göndərilib.

Zerdab.com

 Zərdab