Səhiyyə Naziri Oqtay Şirəliyev noyabrın 21-i saat 12:00-da Yevlax Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Bu barədə Zerdab.com saytına Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qəbulda Mingəçevir şəhəri, Yevlax, Goranboy, Ağdaş, Göyçay, Zərdab və Ucar rayonları sakinlərinin müraciətləri, şikayət və təklifləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.
Zerdab.com