Ağdərədə şəhid olan həmyerlimiz – Zaur Qasımov

2
142

zaur-qasimov-yarmemmedbagi1Zaur hərbi xidmətə yola düşəndə anasından təmiz əl dəsmalı istədi. Anası ona dəsmal verərkən Zaur bir an duruxdu və dəsmalı anasına qaytardı. “Yox bacı (anasına bacı deyərdi), dəsmal ayrılıqdır. Dəsmal yerə düşər, bir şey olar, bunu özünə bağışlamazsan.

Ancaq Zaur bilmədi ki, bir əl dəsmalını geri qaytarmaqla ayrılığın cəngindən qurtarmaq olmaz…

Qasımov Zaur Abahan oğlu 1973-cü il sentyabr ayının 5-də Zərdab rayonunun Yarməmmədbağı kəndində anadan olmuşdur. 1988-ci ildə 8-ci sinfi bitirmiş və təhsilini 124 saylı Zərdab Texniki-Peşə məktəbində davam etdirmişdir. 1992-ci ilin iyul ayında hərbi xidmətə çağrılmışdır. Subay idi.

Zaurun döyüş yolu Ağdərədən başlayıb. 1993-cü il fevral ayının 5-də Ağdərənin Mehmanə kəndində qızğın döyüşlər zamanı şəhid olub. Allah rəhmət eləsin.

Zaur kimi igid oğullar Azərbaycanımızın, Zərdabımızın fəxridir.

2 ŞƏRH

  1. Zaur mənim qardaşım şəhid Daşqın Cəbişovun sinif yoldaşı,həmdə yaxın dostu olub. Zaurla Daşqın əsgəri xidmətə eyni günde gediblər. Daşqın fevralin 6-sı, Zaur fevralın 8-i şehid olublar. Daşqın şehid olub, amma onu göturmək mümkün olmayib. Biz hemişə qəbirsanliqa gederken ilk ziyarət etdiyimiz qəbir Zaurun qebri olur. Allah bütün şəhidlərimizə rəhmət etsin Amin.

Comments are closed.