SELCAN ÖLKƏ MƏKTƏBLİLƏRİNİN II RESPUBLİKA MÜSABİQƏSİNƏ QATILDI
Əslində insan öz təbiətinə görə elə rəssamdır. O, həmişə, hər yerdə həyatına gözəllik gətirməyə çalışır. Üstəlik bu sahədə anadangəlmə istedadı və bu istedadı yönləndirmək üçün bacarıqlı bir ustadı varsa, nəticə mütləq sevindirici olur. Bu günə qədər Faiq Bəkirov Zərdab uşaq incəsənət məktəbinin təsviri incəsənət şöbəsində onlarla yeniyetmə rəssamın xüsusi istedadını üzə çıxarıb , şagirdlərinin əl işlərini sərgiləyərək tamaşaçılara təqdim edib . Yeniyetmələrin xüsusi qabiliyyətini aşkarladığına görə müəllimin zəhməti dəfələrlə diplomlara, mükafatlara , hədiyyələrə layiq bilinib. Aidiyyatı təşkilatlar tərəfindən dərs dediyi yeniyetmələrin zəhməti də unudulmayıb . Gənc rəssamlar öz əl işləri ilə rayon , respublika , hətta xarici ölkələrin keçirdiyi müsabiqələrdə də uğurla iştirak ediblər . Qatıldıqları bütün müsabiqələr onlarda xoş təəssüratlar yarada bilib . Və onların bu qələbəsinə hamıdan çox Faiq müəllim sevinib . Hörmətli Faiq müəllim bu günlərdəki söhbətimizdə daha bir istedadlı şagirdinin yaradıcılığından iftixarla bəhs etdi . Dedi ki , Zərdab uşaq incəsənət məktəbinin təsviri incəsənət şöbəsinin IV sinif şagirdi Məmmədli Selcan Sahil qızı çox qabiliyyətlidir . Dərs dediyim rəssam şagirdlərim arasında onun parlaq gələcəyinə çox ümid edirəm . Redaksiyamıza gələrkən Faiq müəllim Selcanın çəkdiyi rəsmlərdən nümunələr də gətirmişdi.
… 14 yaşlı Məmmədli Selcan Sahil qızı şəhərimizdəki 3 saylı məktəbin 7-ci sinfində oxuyur . Selcan bu məktəbdə də öz təlim və tərbiyəsi ilə nümunəvi şagird kimi müəllimlərinin və sinif yoldaşlarının hörmətini qazana bilib .
Bu günlər Selcanın həyatında sevincli anlar yaşanır . Azərbaycanın müstəqilliyinin ildönümü şərəfinə ölkə məktəblilərinin II respublika müsabiqəsini keçirən Təşkilat Komitəsi müsabiqəyə qatılmaq üçün Selcanın çəkdiyi iki rəsmi qəbul etmişdir . Həmin şəkillərdən birincisi “Azad Azərbaycan “ , ikincisi isə “ Azərbaycan , yurdum mənim “ adlanır . İndi gənc rəssam böyük ümidlə ölkə məktəblilərinin II respublika müsabiqəsinin nəticəsini gözləyir . Selcanın istəyi budur ki , bu müsabiqədə Zərdab uşaq incəsənət məktəbinin təsviri incəsənət şöbəsini ləyaqətlə təmsil etsin !
TƏRLAN ABDULLAYEVA , “ƏKİNÇİ”NİN MÜXBİRİ.
Uğurlar arzulayıram , Selcan ! Yolun açıq olsun !
Super…
İnanıram ki , layiqli bir yer tutub diplom alacaqsan…
Selcana uğurlar arzulayırıq,Tərlan xanım sizədə öz minnətdarlığımızı bildiririk ki,isdedadlı uşaqlarımızı hamıya tanıtdırirsınız.Sizinlə qürur duyuruq.
Çox sağ olun, Mehparə xanım , çox diqqətlisiniz . Mən də Sizin kimi ziyalılarımızla dürur duyuram . Var olun ! Allah Sizdən razı olsun .
Əvvəla , Zərdab uşaq incəsənət məktəbinin müəllim kollektivinə , xüsusilə Selcanın rəsm müəllimi hörmətli Faiq Bəkirova belə istedadlı şagird yetişdirdiyi üçün minnətdarlıq edirəm. Selcana bu müsabiqədə ən yaxşı şans arzulayıram. Tərlan xanıma isə bu məktəblinin bacarığından bəhs edən bu məqaləni yazdığı üçün minnətdaram.
Biz rayonumuzun belə bacarıqlı gəncləri ilə fəxr edirik.
seni tebrik edirem en yaxın dostum.inşallah gelecekde meşhur senetkar olarsan. sinfimizin fexrisen. daima çalışqansan. derslerinde ugurlar
cox xosuma geldi sekiller seni tebrik edirem
super.ehsen selcan sene xalan oglununda gelim weklini cek
seni tebrik edirem sene ugurlar arzulayiram eziz dostum
Super ela möhteşem
Seni tebrik edirem Selcan. Sene ugurlar arzulayiram eziz dostum
BU GUN EZIZ DOSTUM SELCANIN AD GUNUDU ONU TEBRIK EDIREM
Təbriklərə mən də qoşuluram və gözəl Selcana gözəl əsərlər yaratmağı Böyük Yaradandan arzulayıram.
Allah səni valideynlərinə bağışlasın .
salam qemze necesen
sabah yazarsan sagol kompyuteri nsondururem
yaxsiyam cemile sen netersen derslerini oxumusan
cografiyani oxuya bildin cox cetindi oxumaq mumkun deyil
salam zeynep fizikani oxudun
Elbette oxudum . bes sen.
bu gun amma yaxsi qartopu oynadik
Düz deyirsen.amma Selcan gelseydi daha maraqli olardi
netersen derslerini oxunusan
Comments are closed.