Zərdab Rayon Məşğulluq Mərkəzi şəhər 1 saylı məktəb-liseydə “Gənclərin şüurlu yaradıcı əməyə cəlb edilməsi, düzgün peşə və ixtisas seçiminə istiqamətləndirilməsi” mövzusunda yuxarı sinif şagirdləri, müəllim və valideynlərin iştirakı ilə tədbir keçirib. Zerdab.com saytına verilən məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının baş məsləhətçisi Şövqi Qafarov, Zərdab Rayon Məşğulluq Mərkəzinin direktoru Ədalət Rəhimov, “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov, “Əkinçi” qəzetinin müxbiri Ələkbər Kərimov, şəhər 1 saylı məktəb-liseyin direktoru Tofiq Ağayev çıxış edərək mövzu ətrafında öz fikir və mülahizələrini tədbir iştirakçıları ilə bölüşüblər. Peşə seçiminin tale yüklü məsələ olduğunu, əmək bazarındakı real tələbata, fərdin maraq, istək, bacarıq və s. qabiliyyətlərini kompleks səkildə nəzərə almaqla hesablanmalı olduğunu bildiriblər.
Zerdab.com