8 noyabr 2014-cü il tarixdə Zərdab rayonu ərazisində, Zərdab-Ucar avtomobil yolunun 4-9-cu kilometrində “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə kampaniyası keçirilib, 400 nəfərdən çox zərdablı bu kampaniyada iştirak edib. 1800-ə qədər şam, akasiya, türk qovağı, sərv, meliya və digər ağaclar əkilib. Rayonda son 2 ayda magistral yol kənarlarına, inzibati ərazilərdə fərdi təsərrüfatçıların pay torpaqlarında, idarə, müəssisə və ümumtəhsil məktəblərinin həyətlərində 60 mindən çox ağac əkilib. Bu işlər gələcəkdə də davam etdiriləcəkdir.